az    |    en
 
Haqqımızda
    Şirkətimiz 1972-ci ildə dövlət nəzdində mühəndislik müəssisəsi kimi fəaliyyətə başlamışdır, 1996-cı ildən isə “Buxar” kimi öz fəaliyyətini davam etdirir. Daim inkişaf edən Buxar şirkəti hal-hazırda 100-ə yaxın professional mühəndislərə və texniki işçiyə sahibdir.

    İlk öncə su və qaz təchizatı, istilik sistemləri, qazanxana montajı ilə məşğul olan şirkətimiz, daha sonra xidmət növlərini artıraraq soyutma və havalandırma sistemlərinin layihələşdirilməsinə və quraşdırılmasına başlamışdır.

    Hər zaman inkişaf üçün şirkətimiz dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir. Şirkətimiz həmçinin, iş mexanizmini genişləndirmək üçün elmin yeni ve inkişafda olan sahələrinə baş vurur və yeni sistem layihələrini həyata keçirir. Belə ki, şirkətimiz Azərbaycanda ilk olaraq, alternativ enerji sistemlərinin tətbiqinə başlamışdır.

    Şirkətimiz indiyə qədər Azərbaycanda müxtəlif növ böyük və orta ölçülü layihələr həyata keçirmişdir. Həyata keçirtdiyimiz layihələrə yaşayış binaları, xəstəxanalar, fabriklər, məktəblər, idman kompleksləri və müxtəlif növ inzibati binalar daxildir.
 
 
All right reserved   ©   Buxar Mühəndislik   ®   Designed by D&F studio